“Çelsi”nin çalışdırıcısı Maurisiyo Poçettino İngiltərə klubundakı gələcəyi ilə bağlı iddialara emosional reaksiya verib.
Azreform.info xəbər verir ki, Bu barədə idman yazarı Fabritsiyo Romano “X” sosial şəbəkəsində yazıb.
“Mən bu axmaq iddialardan bezmişəm! Klub rəhbərliyindən soruşmaq lazımdır ki, onlar mənim işimi davam etdirməyimi istəyirlər, ya yox. Əgər müqaviləm daha bir il uzadılıbsa və heç kim buna qarşı deyilsə, o zaman mən qalacam. Əgər mənə “ciao” demək qərarı verilirsə, elə də olsun. Amma hazırda biz bunu bilmirik”, – Poçettino deyib.
Xatırladaq ki, argentinalı mütəxəssis ötən yaydan “Çelsi”ni çalışdırır. İngiltərə Premyer Liqasında keçirdiyi 34 oyundan sonra London klubu 51 xalla səkkizinci pillədə qərarlaşıb. Bu mövsüm Poçettinonun yetirmələri İngiltərə Liqa Kubokunun finalına çıxıb və “Liverpul”a uduzub (0:1).