Əgər böyük insanda qəfildən südə qarşı müqavimət, dözümsüzlük yaranarsa, bu orqanizmdə təhlükəli dəyişikliklərin siqnalı ola bilər.
“Medicina” xəbər verir ki, qastroenteroloq Nataliya Şulqa laktozaya qarşı ikincil dözümsüzlüyün səbəblərini açıqlayıb.
“ Son zamanlar dietoloqlar, alimlər belə bir fikri dəstəkləyir ki, yaşlı insanlar inək südü içməməlidir, çünki laktozaya dözümsüzlük var, süd xəstəliklər yaradır, bağırsağı qıcıqlandırır.
Əslində isə əksər yaşlılar istənilən yaşda südü rahatlıqla mənimsəyir.
Südün həzmi uşaqlıqdan genetik səviyyədə qoyulur. Süddə olan süd turşusunu parçalayan gen bəzi insanlarda aktivdir, bəzilərində yox.
Əgər uşaqlıq və gənclik illərində südü normal içmisiz, lakin 40-50 yaşdan sonra qəfildən südə qarşı üsyan, bunt başlayırsa, bu, ikincili laktoza yetməzliyidir. Burda artıq genetika yox, orqanizm özü səbəbkardır. Məsələn, bağırsaqda iltihabi xəstəliklər, bağırsaq infeksiyaları, parazitlər, poliplər, xroniki autoimmun proseslər, hətta onkoloji xəstəliklər.
Yəni birdən-birə təbii südə ikrah ciddi müayinə tələb edir.
Bəs laktoza yetməzliyini necə bilməli?
Bağırsaq mikroflorası süd turşusu düşən kimi qaynayır, insan qarnında səs, qurultu, qıcqırma, köp hiss edir, diareya, spazm, ağrı və halsızlıq yaranır.
Ona görə də belə halda qastroenteroloqda tam müayinədən keçmək lazımdır”.