Çox xərc çəkmədən, dərmansız və pəhrizsiz ömrü uzatmağın yolu tapılıb.
“Medicina” xəbər verir ki, Böyük Britaniya alimlərinin yekdil rəyinə görə, almalarda orqanizmin həyat resurslarını artıran maddə var.
Ekspertlər əmindir ki, rasionda hər gün alma olması orqanizmi cavanlaşdırır və ömrü azı 15-17 il uzadır.
Bəs necə olur ki, alma bunu bacarır?
Almada olan epikatexin polifenolu immuniteti qaldırır, qan dövranını yaxşılaşdırır, ürəyi aktivləşdirir və dərini gəncləşdirir.
Nahaq yerə deyil ki, alma qədim miflərdə ölümsüzlük, gözəllik meyvəsi hesab edilirdi.
Alimlər hər gün mütəmadi 2-3 təzə alma yeyən insanların ürəyinin yeməyənlərdən minimum 17 il gənc olduğunu müəyyən edib.
Amma alimlər faydanın mədəni sort almalarda yox, yabanı sortda olduğunu bildirir. Siçanlar üzərində təcrübə göstərib ki, yarım il alma yemək xərçəng riskini 82% azaldıb.