“Qəbələ” klubu ciddi təhlükə qarşısındadır

3
May
2024
18:07

“Qəbələ” klubu növbəti mövsümdən etibarən ciddi maliyyə problemi yaşaya bilər.

Oxu.Az xəbər verir ki, “qırmızı-qaralar” aşağı liqaya düşəcəyi təqdirdə dövlətdən illik 3 milyon manat yox 300 min manat alacaqlar.

Klub rəsmiləri isə legioner futbolçuları komandadan göndərərək yükü azaltmağa çalışırlar.
Qeyd edək ki, “Qəbələ” klubu ötən həftələrdə Gilad Abramov və Abu-Akal Ferasla yollarını ayırmışdı.