Almaniya Ukraynanı sona qədər dəstəkləyəcək

9
Dek
2023
19:42

Rusiyanın Ukraynaya qarşı müharibəsi yəqin ki, tezliklə bitməyəcək. Ona görə də Almaniya digər ölkələrin dəstəyi zəifləyəcəyi təqdirdə də Kiyevə yardım etmək niyyətindədir.

Azreform.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Bizim uzun müddət lazım olanı edə bilməyimiz, yəni Ukraynanı müdafiə kampaniyasında dəstəkləməyə davam etməyimiz vacibdir", - Şolts bildirib.