Bamya toxumu sağlamlığa faydaları ilə son illərdə xeyli populyarlaşıb.
Medicina.az bu toxumların faydalarını təqdim edir:
- Qan təzyiqini aşağı salır. Ürək sağlamlığını qoruyan maqnezium mənbəyidir. İnfarkt və insult kimi ürək-damar xəstəlikləri riskini azaldır.
- Beyin hüceyrələrinin yenilənməsinə kömək edir. Tərkibindəki B vitamini sayəsində unutqanlığın qarşısını alır.
- İmmunitet sistemini gücləndirir.
- Xolesterinin səviyyəsini aşağı salır.
- Gərginlik və stressin təsirlərini azaldır.
- Bağırsaqları təmizləyir.
- Liflə zəngin bu toxumlar arıqlamağa kömək edir. Maddələr mübadiləsini sürətləndirir, lifli quruluşuna görə toxluq hissi yaradır. Kalori dəyəri çox azdır.
- Tərkibindəki A vitamini və beta-karotin sayəsində gözləri qoruyur.
- Xərçəng riskini azaldır.
- Tərkibindəki K vitamini sayəsində sümüklərin bərpası və sağlamlığında təsirli rol oynayır. Oynaq və diz ağrıları üçün faydalıdır. Osteoporoz və sümük xəstəlikləri riskini aradan qaldırır. Oynaqlarda maye itkisinin qarşısını alır.
- Qaraciyəri qoruyur, onun fəaliyyətini stimullaşdırır.
- İnsulin müqavimətini azaldır, şəkərini tənzimləyir. Bir sözlə, şəkər xəstələri üçün çox faydalıdır.
Bamya toxumlarını çiy, bişmiş və ya toz şəklində istifadə etmək olar. 10 bamya toxumunu həb kimi udmaq olar. Bamya toxumlarını udmadan öncə bir gecə suda saxlayıb həmin suyu içmək başqa bir istifadə üsuludur. Çay kimi dəmləmək, qatıqla qarışdırıb yemək və toz halında yeməklərdə istifadə etmək mümkündür.
Bamya toxumları toz halına salınıb bal və zeytun yağı ilə qarışdırıldıqdan sonra da istifadə oluna bilər.
Bir digər populyar üsul isə bu toxumdan qəhvə hazırlamaqdır. Toxum toz halına salınır, sonra qovrulur və sonda eynilə türk qəhvəsi kimi hazırlanıb içilir.