Amerikalı mütəxəssislərin fikrincə, növbəti pandemiyanın səbəbi göbələk infeksiyası ola bilər.
Medicina.az xəbər verir ki, infeksiya ABŞ-da artıq iki nəfərin ölümünə səbəb olub.
Göbələk növləri daha isti, daha nəm şəraitdə inkişaf edir, yəni iqlim dəyişikliyi epidemiya təhlükəsini daha da artırır.
Mütəxəssislər qarşıdakı dövrdə nəfəs almağa mane olan və beyin şişkinliyinə səbəb olan ölümcül göbələk infeksiyalarında artım ola biləcəyini iddia edirlər.
Göbələk mütəxəssisi Dr. İan Hennessi "blastomikoz" göbələk ştammının hazırda ən aktual problemlərdən biri olduğunu söyləyib.
“Biz insanları göbələklər haqqında düşünməyə təşviq edirik, çünki göbələk hadisələri artmaqdadır. Düzdür, hələ də yoluxma faktları nadirdir, lakin insanlarda görüldükdə çox vaxt səhv diaqnoz qoyulur. Bu, həqiqətən ciddi nəticələrə səbəb ola bilər", - deyə o qeyd edib.
Mütəxəssislər ətraf mühit şəraiti dəyişdikcə histoplazmoz və göbələk xəstəliklərinin yayılmasının sürətlənməsindən və nəticədə pandemiyaya çevriləcəyindən narahatdırlar.
Ağır hallarda "blastomikoz" ağciyərlərdən bədənin digər hissələrinə, məsələn, dəri, sümüklər və oynaqlara yayılaraq ağrılı lezyonlara və çibanlara səbəb ola bilər.
Miçiqanda yaşayan 29 yaşlı İan Pritçard göbələkdən yaranan nəfəs darlığından ölən ilk ABŞ vətəndaşlarından biri olub.
ABŞ-da 2018-ci ildə 4 min 746 göbələk infeksiyasına yoluxma halı qeyd edilib, bu rəqəm 2021-ci ildə 7 min 199-a yüksəlib.