“Atamın bu ağrıya dözməyəcəyi üçün məni öldürməyə çalışırlar” - Baydenin oğlu

9
Dek
2023
18:21

"Atamın bu ağrıya dözməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmaq istəyirlər".

Azreform.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Co Baydenin vergidən yayınmaqla ittiham olunan oğlu Hunter Bayden bildirib.

"Mən bunun bitəcəyinə ümid etməyi dayandırdım, çünki atam Birləşmiş Ştatların prezidenti olduğu müddətdə onlar dayanmayacaqlar", - deyə Hunter Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınmaq ilə bağlı 9 bənddən ibarət ittiham irəli sürülüb.

Belə ki, H.Bayden 2016-2019-cu illər ərzində 1,4 milyon dollar həcmində federal vergiləri ödəməməkdə ittiham edilir. O, həmçinin etibarsız vergi bəyannaməsi təqdim etməkdə təqsirləndirilir.  “Fox News” telekanalının məlumatına görə isə, Baydenin oğlunu 17 ilə qədər həbs cəzası gözləyə bilər.