Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana baş əyən Yunanıstan xarici işlər naziri Giorqos Qerapetritis müzakirələrə səbəb olan hərəkəti ilə bağlı açıqlama verib.
Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, yunan nazir bu barədə yerli KİV-ə danışıb.
“Yunanıstanda Türkiyə ilə tutduğumuz mövqeyə qarşı çıxan səslərin olduğunu başa düşürəm. İstənilən nöqteyi-nəzəri qəbul edə bilərəm, amma ölkə üçün konstruktiv olan bu səfərə kölgə salmaq cəhdini başa düşə bilmirəm. Bu gün olduğu kimi hər zaman dövlət başçılarına lazımi hörməti göstərəcəyəm. Bildiyiniz kimi, səhər Ərdoğanı qarşıladım və görüntülər hər şeyi izah edir”, - deyə o söyləyib.
Qeyd edək ki, yunan nazir G.Qerapetritis Türkiyə lideri R.T.Ərdoğan Yunanıstan prezident administrasiyasına daxil olarkən onu baş əyərək salamlamışdı.
Billurə