Vətəndaşlara şad xəbər: Bu gündən etibarən...

1
May
2024
09:21
İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış bu gündən elektron şəkildə təqdim olunacaq.
 
TƏBİB-dən Azreform.info -a verilən məlumata görə, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:
 
Tibb müəssisəsinə ilkin müraciət 
Laborator analizlərin verilməsi
Həkim qəbullarından keçmək
Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi
Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi
 
Daha sonra:
 
İstifadəçilər  “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
 
“Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər. 
 
Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.
         
Daha ətraflı linkdən məlumat əldə edə bilərsiniz: https://youtu.be/oR2SZ2O4vpg