Azərbaycanın iki badmintonçusu Paris olimpiadasına lisenziya qazanıb

30
Apr
2024
22:42

Azərbaycanın iki badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azreform.info xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının bu gün açıqladığı reytinq cədvəlinə əsasən, Edi Reski Dviçayo və Keyşa Fatimə Zəhra adıçəkilən yarışda iştirak etmək hüququna yiyələniblər.

Dviçayo reytinqdə 28-ci, Zəhra isə 31-ci yerdə qərarlaşıb.

Bununla da Azərbaycanın olimpiya lisenziyalarının sayı 20-yə çatıb.