İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərində tələbə yataqxanasında yanğın baş verib.
Azreform.info “Hürriyet”ə istinadla xəbər verir ki, hadisə gecə saatlarında 14 mərtəbəli binada qeydə alınıb.
Yanğın nəticəsində 14 nəfər ölüb, 7 nəfər yaralanıb.
Rəsmilər hadisə anında binada 60 nəfərin olduğunu bildiriblər.
Məlumata görə, ölənlərdən biri universitet müəllimi olub.
Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib, yanğın nəzarət altına alınıb.
Billurə