Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

29
Apr
2024
21:00

“Arzum həyata keçdi”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva söyləyib.

27 yaşlı qrosmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə ilk təəssüratını bölüşüb:

“İnanın, sevincimi sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”.

Qeyd edək ki, Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.