Azərbaycanlı xanəndə Pərviz Qasımov uğura imza atıb.
BAKU.WS xəbər verir ki, muğam ifaçısı 2024-cü ilin Bodibildinq və Fitnes üzrə Azərbaycan Kubokunda qalib olub.
Yarış Milli Gimnastika Arenasında baş tutub.
Pərviz Qasımov rəqiblərini üstələyərək ilk yerin sahibi olub. Bu barədə xanəndə şəxsi sosial şəbəkə hesabında bildiirb. O yarışdan olan foto və videoları izləyiciləri ilə bölüşərək qalib olduğunu bildirib.
Qeyd edək ki, keçmiş Baş Nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.
Həmin yarışdan olan görüntüləri təqdim edirik: