Xəbər verdiyimiz kimi, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Barselonanın düşərgəsində təcrübə keçir.
“Azreform.info ” xəbər verir ki, katalon klubunun baş məşqçisi Xavi Hernandez ilə görüşüb.
Görüş zamanı maraqlı dialoq yaşanıb.
Xavi Samir Abasovdan haradan olduğunu soruşub. Samir Abbasov Azərbaycandan olduğunu dedikdən sonra Xavi 2009-cu ildə millimizə qarşı keçirdikləri oyunu xatırlayıb.
Xavi həmin oyunun hesabını soruşduqda Abasov gülərək məşqçidən bu sualı soruşmamasını bildirib.(qafqazinfo)