“Əsas ticarət tərəfdaşlarımızdan olan Rusiya və İran sanksiya altındadır”

9
Dek
2023
10:21

“Biz, həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ümumi daxili məhsulun (ÜDM) 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir”.

Azreform.info xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Gələn il iqtisadi artımın daha böyük olacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti vurğulayıb: “Lakin həmin rəqəmlər, əslində, iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir. Beləliklə, ölkənin ÜDM-i nə qədər çoxdursa, artıma nail olmaq da o qədər çətin olur. Xüsusilə də bugünkü geosiyasi vəziyyətdə. Çünki bizim iki qonşumuz və əsas ticarət tərəfdaşlarımızdan olan Rusiya və İran sanksiya altındadır. Bunu nəzərə almaq lazımdır. Ancaq bizim 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir”.