"Ailədaxili münasibətlər cəmiyyəti narahat etməyə bilməz"

10
Noy
2023
10:26

“Cəmiyyətin hazırkı inkişaf mərhələsi bütün sahələrdə dəyişikliklərin sürətlə artması ilə xarakterizə olunur. Bəşəriyyət keyfiyyətcə yeni, mürəkkəb ziddiyyətli vəziyyətə qədəm qoydu. Bu, xüsusilə insanın ailə həyatında, onun ailə bağlılarında və münasibətlərində birbaşa əks olunan dəyərlər sistemində nəzərə çarpır

Bu fikirləri Azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib. Onun fikilərinə görə, ailədə şəxsiyyətin bünövrəsi qoyulur, onun sifətləri cilalanır:

“Ailədaxili münasibətlər cəmiyyəti narahat etməyə bilməz və elmi araşdırma və peşəkar diqqət tələb edir. Ailə ənənələrinin və adət-ənənələrinin qorunub saxlanmasına, ailə və nikahın mənəvi-əxlaqi əsaslarının möhkəmləndirilməsinə yönəlmiş layihələr həyata keçirməlidir. Bu sahə elmi və ekspert ictimaiyyətindən geniş dəstək tələb edir”.