Rəisi Pakistana getdi

22
Apr
2024
17:28

İran prezidenti İbrahim Rəisi Pakistana üçgünlük rəsmi səfər edib.

Ölkə. Az xəbər verir ki, aprelin 24-dək davam edəcək səfər çərçivəsində İbrahim Rəisi Pakistanın baş naziri Şahbaz Şəriflə, Pakistan prezidenti Asif Əli Zərdari və Pakistan  parlamentinin yuxarı və aşağı palatalarının sədrləri ilə də görüşəcək. Bundan əlavə, İran prezidenti Lahor və Kəraçiyə səfər edəcək.

Səfər çərçivəsində tərəflər İran-Pakistan əlaqələrinin möhkəmləndirilməsi və ticarət, rabitə, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı müzakirə edəcəklər. Tərəflər regional və dünyada baş verən hadisələrin inkişafını, həmçinin ümumi terrorizm təhlükəsi ilə mübarizədə ikitərəfli əməkdaşlığı nəzərdən keçirəcəklər.

Mürtəza
Azreform.info