Qaqauziya Moldovadan ayrılmaq istəyir? - Açıqlama

21
Apr
2024
22:42

Moldova Prezidenti Maya Sandunun rəhbərlik etdiyi hakim partiya Qaqauziyanı Kişinyovla bağlı kəskin addımlar atmağa təhrik edir.

Axar.az xəbər verir ki, bunu Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul deyib.

“Hərəkət və Həmrəylik Partiyasından birbaşa təzyiq var, onlar hər şeyi edirlər ki, Qaqauziya konkret addımlar atsın”, - deyə o, muxtariyyətin Moldovadan mümkün ayrılması ilə bağlı suallara cavabında deyib.