Rusiyanın bu bölgəsində insanlar təcili təxliyə edilir

21
Apr
2024
22:28

Rusiyanın Kurqan vilayətinin Belozersk dairəsində yerləşən kəndlərin sakinləri Tobol çayında suyun səviyyəsinin qalxması səbəbindən təcili təxliyə edilir.

Axar.az xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

“Söhbət Ekimovo, Reçkino və Pamyatnoyedən gedir. Dərhal, evakuasiya edin”, - deyə bildirilib.

Qeyd edək ki, Kurqan vilayəti ərazisində indiyədək 37 yaşayış məntəqəsində 2176 ev su altında qalıb.