PKK tam çökdürülür: Ərdoğan İraqda 30 saziş imzalayacaq

21
Apr
2024
19:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Azreform.info xəbər verir ki, bu barədə “Hürriyət” nəşri məlumat yayıb.

Məlumata görə, ən mühüm razılaşmalar Şimali İraqın terrorçu PKK-dan təmizlənməsi üzrə birgə səylərə aid olacaq.

Nəşrin məlumatına görə, Bağdad və Ərbildə aparılan danışıqlarda İraq Kürdüstanında terrorla mübarizə üzrə birgə Əməliyyat Mərkəzinin strukturu və fəaliyyət göstərməsi, İraqın şimalında 30-40 km dərinliyə qədər daimi türk bazalarının yaradılması və PKK-nın əsas bazalarının yerləşdiyi Hakurk, Metina, Zap və Qara rayonlarında təhlükəsizlik zonalarının yaradılması da müzakirə olunacaq.