İsrail Livanda hərbi obyektlərə zərbələr endirib

21
Apr
2024
13:21

İsrail Livanda hərbi obyektlərə zərbələr endirib.

Azreform.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə hücumlar təşkil etdiyini açıqlayıb.

“Gecə ərzində qırıcı təyyarələr bir sıra hədəflərə, o cümlədən Odise bölgəsindəki müşahidə məntəqəsinə və Xiam bölgəsindəki iki hərbi obyektə hücum edib”, - məlumatda deyilir.