Yaponiyada hərbi helikopterlər qəzaya uğrayıb

21
Apr
2024
10:49

Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki SH60K hərbi helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, yeddi nəfər itkin düşüb.

"Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib.

Helikopterlər İzu adaları ərazisində patrul təlimlərində iştirak ediblər. Aprelin 20-də axşam saatlarında onlarla əlaqə kəsilib. Hər helikopterin göyərtəsində dörd heyət üzvü olub.

Qəzanın səbəbləri araşdırılır.