Peskov: ABŞ-nin yardımı Ukraynanı viran qoyacaq

20
Apr
2024
23:49

Kreml ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsinə reaksiya verərək bunun Ukraynanı daha da pis vəziyyətə salacağını bildirib.

Azreform.info ” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov TASS-a söyləyib.

“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzündən daha çox ukraynalının ölümünə səbəb olacaq”, – o deyib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.