İstanbulda torpaq sürüşməsi baş verdi

20
Apr
2024
01:21

İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən bir gecəqondu məhəlləsində torpaq sürüşməsi baş verib.

Azreform.info xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.

Məlumata əsasən, hadisə zamanı 14 tikiliyə ciddi zərər dəyib, onlardan üçü tamamilə dağılıb.

Qabaqlayıcı tədbirlər çərçivəsində bölgədən 70 nəfər təxliyə edilib. Xəsarət alan yoxdur.