MSK bu gün prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək

8
Dek
2023
12:28

Bu gün növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

"Report"un xəbərinə görə, toplantı saat 16:00-da başlayacaq.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.