Orban: Aİ qanunları şantaj alətinə çevrilib, istefaya getməlidirlər

17
Apr
2024
11:14

Avropa İttifaqının hazırkı rəhbərliyi istefaya getməlidir.

Azreform.info xəbər verir ki, belə bir bəyanatla Macarıstanın baş naziri Viktor Orban çıxış edib.

O fikrini belə əsaslandırıb: "Yaşıl keçid, davamlı inkişaf siyasəti, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi özü tərəfindən seçilmiş bir neçə böyük layihə ilə Avropa İttifaqının rəhbərliyinə sahibik və bunların hamısı uğursuzluğa düçar oldu. Avropa İttifaqının hazırkı rəhbərliyi istefaya getməlidir və bizim yeni liderlərə ehtiyacımız var". 

Orban Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə bəyanatını xatırladıb. Onun sözlərinə görə, Avropa İttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.

Mürtəza
Azreform.info