Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə bəyanatını alqışlayıb.
“Azreform.info ” xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə yazıb.
“Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.
İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – o qeyd edib.