Əli Əsədov qərar imzaladı

7
Dek
2023
17:00

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib.

Azreform.info ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə qaydanın 2.1.6-cı yarımbəndindən “həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarıb.

Qaydanın əvvəlki variantı isə belədir:

Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

1. arvadı (əri);

2. valideynləri;

3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;[5]

4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;

5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

2.1.3 və 2.1.4 bəndlərində ( 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar) göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.