Gizli eşq yaşadığı və imam nikahı olduğu deyilən Doğuş iddiaları təkzib edib

9
Noy
2023
19:32

Didem Arslanın verilişinə çıxan Esra adlı qadın evli və iki uşaq olan Doğuşla gizli eşq yaşadıqlarını və dini toy etdiyini iddia edib. Vəkili vasitəsilə cavab verən Doğuş, ona qarşı gizli eşq iddiasını qətiyyətlə rədd edib və hüquqi yollara baş vuracağını bildirib.

Azreform.az xəbər veiri ki, Show TV-də yayımlanan "Didəm Arslan Yılmazla Vazgeçme" verilişinə çıxan Esra adlı qadın 9 ildir aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan, iki uşaq atası Doğuşla gizli eşq yaşadığını, hətta dini nikah da etdiklərini  iddia edib. Ona qarşı gizli eşq iddiasından sonra ailəsi ilə şəkil çəkdirən Doğuş vəkili vasitəsilə verdiyi açıqlamada qanuni addım atacağını bildirib.


“İDDİALAR HƏQİQƏTƏ ZİDDİR”


Doğuşun vəkili Feyza Aktan İnstaqram hesabında yayımladığı açıqlamada bu ifadələrdən istifadə edib: "İctimaiyyətə bildiririk ki, keçən həftə “Didəm Arslan Yılmazla Vazgeçme” adlı proqramda adını israrla qeyd etdiyiniz müvəkkilim Doğuşa qarşı iddialar  reallığa ziddir.Müvəkkilimin heç vaxt Ələddin adında meneceri olmayıb.Bundan başqa, müvəkkilim Doğuş Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir əlaqəsi yoxdur. İcazəsiz çəkilmiş görüntülərin proqramda  yayımlanması,  həm bu görüntüləri qeydə alan, həm də yayımlayan şəxslər baxımından  Türkiyə Cəza Məcəlləsinin 133 və 34 maddələri ilə  Şəxsi Həyatın Məxfiliyini  tənzimləyən   Fərdi Məlumatların Qorunması qanununa əsasən qanuna ziddir və cinayətdir."