Bakının mərkəzində maşın yandı, tıxac yarandı - FOTO

4
Apr
2024
13:14

Bakıda Mikayıl Useynov prospektində yerləşən “Dəniz Mall”ın qarşısında avtomobillərdən birində yanğın baş verib.

Azreform.info ” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hadisə səbəbindən Lökbatan dairəsi istiqamətində yolda sıxlıq yaranıb.