Komaya düşən baş müəllim vəfat etdi 

4
Apr
2024
13:00

Azərbaycan Kooperasiya Universitetinin Mədəni-kütləvi işlər üzrə təlimatçısı, “Tərcümə” kafedrasının baş müəllimi Aytən Hüseynova vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən 45 yaşlı təhsil işçisi bir neçə gün əvvəl qəfil komaya düşüb.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.