Bazarlıqdan dönən yaşlı kişi küçədə öldü.
Azmedia.Az- ın məlumatına görə hadisə Mingəçevirdə Nəriman Nərimanov küçəsi 41 saylı binanın önündə baş verib.
1948-ci il təvəllüdlü şəhər sakini Şahquliyev Bəxtiyar Səlim oğlu küçədə keçinib. İlkin müayinə zamanı onun ürək tutmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.