Polis mayoru xəstəxanada qəfil vəfat etdi

3
Apr
2024
16:21

Cəlilabad rayonunda polis mayoru, 1968-ci il təvəllüdlü Rasim Hümbətov vəfat edib. 

İqtisadiyyat.az xəbər verir ki, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qəfil ürəktutmadan dünyasını dəyişib. 

Belə ki, səhhətində yaranan problemlərlə əlaqədar müayinə üçün xəstəxanaya yollanan R.Hümbətovun halı tibb müəsissəsinə çatanda qəfildən pisləşib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 2-də saat 20:40 radələrində pasiyent ürək nahiyəsində göynəmə, sancı şikayətlərilə Təcili Yardım şöbəsinə müraciət edib:

"Ona ilkin tibbi yardım göstərilsə də, qəflətən vəziyyəti pisləşdiyi üçün təcili reanimasiyaya yerləşdirilib. Pasiyentə zəruri tibbi yardım göstərilib, lakin həkimlərin səylərinə baxmayaraq saat 21:00 radələrində ölüm halı qeydə alınıb".

Qeyd edək ki, R.Hümbətov uzun müddət Cəlilabad Rayon Polis Şöbəsinin Passport-Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Son illər isə Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Şəhər Polis Bölməsində işləyib.