Putin söz verdi: Kriminal agentlər etibarsızdırlar, satılırlar, ona görə də...

2
Apr
2024
19:56

"Crocus City Hall"dakı terror aktını sifariş edənlərin hamısını tapacağıq və buna əmin ola bilərsiniz. Çünki kriminal mühitdə etibarlı agentlər olmur, hər şeyi pul üçün edirlər.

Azreform.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu mühitdə heç bir etibarlı agent yoxdur, onlar hər şeyi pul üçün edirlər. Heç bir dini və ya siyasi mülahizələri rəhbər tutmurlar, onlar üçün yalnız maliyyədir. Ona görə də hər şeyi satmaq da asandır. İstənilən məlumat alınır və satılır. O baxımdan əlbəttə ki, biz sonuncu sifariçilərin kim olduğunu da öyrənəcəyik", - Putin qeyd edib.

Mürtəza
Azreform.info