Bu iki ölkə arasında müharibə qaçılmazdır - ABŞ nəşri 

2
Apr
2024
19:28

İsrail və İran arasındakı gizli qarşıdurma getdikcə açıq müharibəyə bənzəyir. 

Azreform.info xəbər verir ki, bu barədə "The New York Times"də (NYT) dərc olunan məqalədə deyilir.

Nəşr qeyd edir ki, Qəzza zolağında hərbi əməliyyatların başlanmasından sonra pisləşən İran və İsrail arasında gizli qarşıdurma getdikcə daha aydın görünür. Beləliklə, İranın Dəməşqdəki konsulluğunun binasına raket hücumu bu qarşıdurmada ən böyük hücumlardan birinə çevrildi ki, bu da nəşrin fikrincə, münaqişənin açıq müharibəyə çevrilməsi deməkdir.

Mürtəza
Azreform.info