Azyaşlı məktəbə silahlı hücum etdi, yaralananlar var

2
Apr
2024
16:28

Finlandiyada Vantaa şəhərində yerləşən "Viertola" adlı məktəbə silahlı hücum olub.

Azreform.info AFP-yə istinadla xəbər verir ki,  bu gün səhər saatlarında ibtidai məktəbə edilən silahlı hücum nəticəsində 3 uşaq yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən azyşalı bir nəfər saxlanılıb.

Qeyd edilib ki, sözügedən məktəbdə 800 şagird təhsil alır.

Billurə