Rusiya “Taliban”ı terrorçu təşkilat siyahısından çıxarmağa hazırlaşır

1
Apr
2024
23:21

Rusiya Xarici İşlər Nazirliyi (XİN) və Rusiya Ədliyyə Nazirliyi “Taliban”ı terrorçu təşkilat siyahısından çıxarmaq barədə düşünür.

Bu barədə Rusiya XİN məlumat yayıb.

“Son qərarı ölkənin ali siyasi rəhbərliyi verəcək”, - deyə Rusiya XİN qeyd edib.

Məlumat üçün əlavə edək ki, “Taliban”ın nümayəndə heyəti may ayında Rusiyanın Kazan şəhərində keçiriləcək “Rusiya-İslam dünyası” forumuna dəvət olunub.