Astarada avtomobil yük maşınının altına girdi: Ölənlər var

1
Apr
2024
22:07

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobili DAF markalı yük avtomobilinin altına girib, ölənlər var.

Faktla bağlı araşdırma aparılır.