Moskvada küçənin ortasında maşın partladı - ANBAAN VİDEO

1
Apr
2024
22:00

Rusiyanın paytaxtı Moskvada küçənin ortasında maşın partlayıb. Sosial şəbəkələrdə hadisənin baş verdiyi anın görüntüləri yayılıb.

Bildirilir ki, əvvəlcə “QAZel” markalı maşın naməlum səbəbdən yanmağa başlayıb, xilasedicilər gəldikdə isə güclü partlayış baş verib.

Darmadağın olan maşının sürücüsünün xəsarət almadığı vurğulanır. Lakin ətrafdakı beş maşına zərər dəyib.

Hadisənin səbəbləri araşdırılır.