Atası tərəfindən öldürülən azyaşlının nənəsi və babası danışdı - VİDEO

1
Apr
2024
20:42

Sumqayıtda dəniz sahilində bir yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Ahmet Yeşil Turanla bağlı bəzi detallar bəlli olub.

Azreform.info  xəbər verir ki, ölən azyaşlının nənə və babası Baku TV-yə danışıblar.

Zeynəb Yeşilin babası Əjdər Abdullayev kürəkəninin etdiyi hərəkətdən məəttəl qaldığını və çox pis olduğunu qeyd edib:

“Kürənim bizlə qalırdı, mənə dedi ki, sənin oğlunam. İşləmirdi, mən ona Sumqayıtda dörənxana açmışdım. Sonra dedi ki, dörd min pul ver, mən də ona dedim ki, “nə desən mənim gözüm üstə”. Üç ildə onun heç bir pis hərəkətini görməmişdim. Hamı onun bu işinə məəttəl qalıb”.

Qətlə yetirilən azyaşlının nənəsi Azadə Abdullayeva qeyd edib ki, Ahmet son zamanlar həmişəkindən fərqli davranırdı:

“Dindar adam idi, namaz qılırdı. Yeni iş yerini açandan qızım deyirdi ki, Ahmet dəyişib. yolunu azıb və özündə deyil. Namazı da buraxmışı, qılmırdı. Kürəkənim uşağını o qədər sevirdi ki, bir milçəyin belə üzərinə qonmasına imkan verməzdi”.