Putini sui-qəsd gözləyir, onlar edəcək... - Siyasi texnoloq

1
Apr
2024
13:07

Rusiya prezidenti Vladimir Putin öz yaxın çevrəsindəki kimsə tərəfindən öldürülə bilər.

Azreform.info xəbər verir ki, belə bir iddia ilə amerikalı siyasi texnoloq və politoloq Ceyson Smart "FreeDom" kanalında çıxış edib. 

Putinin ətrafındakılar başa düşürlər ki, onun erasının sonu tezliklə gələcək. Ekspertin fikrincə, Putin artıq Rusiya Federasiyasında baş verənlərə nəzarət etmək iqtidarında deyil.

"O, artıq bacarmır... Başqa ölkədə müharibədə qalib gələ bilməz və Rusiya iqtisadiyyatı hər gün pisləşir. İndi Rusiyada yaxşı heç nə yoxdur. Düşünürəm ki, Putinin çevrəsindən birinin onu öldürəcəyi gün gələcək ”, - siyasi texnoloq bildirib. 

Smartın sözlərinə görə, rus oliqarxları Putinsiz hər şeyin yaxşı olacağını başa düşürlər.

Mürtəza
Azreform.info