Avropa ölkəsində qeyri-insani davranış: Xəstəxanalarda cəsədlərin başı...

1
Apr
2024
11:28

İngiltərənin Milli Sağlamlıq Xidmətlərinin (NHS) xəstəxanaya bağışlanan cəsədlərə qarşı etikadan kənar davranışa yol verməsi ajiotaj yaradıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bağışlanan cəsədlərin başlarının kəsilərək botoks kimi kosmetik prosedurların öyrədilməsi məqsədilə diş həkimlərinə və b. verildiyi üzə çıxıb.

NHS-in xəstəxanalarının prosedurlardan kənara çıxdığı və bağışlanan bədənləri özəl estetik kurs mərkəzlərinə verməsi narazılıq doğurub.

Qurumun hazırladığı broşürlərdə cəsədlərin kosmetik təlimlərdə istifadə olunacağına dair heç bir məlumat verilməməsi də meyidi bağışlayan ailələri qəzəbləndirib.

Billurə