Almaniya “Taurus” raketlərinin istehsalını dayandırdı

31
Mar
2024
17:56

Almaniyanın “Taurus” raketlərinin istehsalı hökumətin müdafiə sifarişlərinin kifayət qədər olmaması səbəbindən dayandırılıb.

Azreform.info xəbər verir ki, bu barədə “Şpigel” nəşri raketin istehsalçısı olan MDBA şirkətinin rəsmisi Tomas Qotşildə istinadla məlumat yayıb.

“Taurus” raketləri indiki mərhələdə istehsal olunmayacaq, çünki müdafiə sənayesinə sifarişsiz silah istehsal etməyə icazə verilmir”, - Qotşild bildirib.