Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azreform.info a verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.