Paytaxtın Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.
Bu barədə Azreform.info a DİN-in mətbuat xidmətindən bildirilib.
"Hyundai" markalı, 99-SY-403 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Qasımov Araz Failxan oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.