"Crocus"a hücum Şəmsidinin anası: Əgər Allaha görə...

30
Mar
2024
20:35

"Crocus Sity Hall"a hücum edən terrorçulardan Şəmsidin Fəriduninin anası Müəssər Zərgərova oğlunun hərəkətlərinə görə həlak olanların yaxınlarından üzr istəyib.

Azreform.info xəbər verir ki, Zərgərova üzr istəyərək deyib: “Ölənlərin qohumlarından ailəm adından bağışlanma diləyirəm. Onlar da anadır, oğulları var, anası var”.

O eyni zamanda oğluna nəyə görə belə bir cinayət  törətməsi ilə bağlı müraciət edib.

"Oğlum, niyə belə etdin? Nə üçün? Kimin üçün? Əgər Allaha görədirsə, heç vaxt şəhid hesab edilməyəcəksən", - Şəmsidinin anası vurğulayıb.

Mürtəza
Azreform.info