Gürcüstanda zəlzələ olub

30
Mar
2024
19:28

Gürcüstanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri təxminən 178 min nəfər əhalisi olan Kutaisi şəhərindən 83 km şimal-şərqdə, 9 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.