Bayden: Mən 40 yaşdan çox da yaşlı görünmürəm

30
Mar
2024
18:49

ABŞ-ın hazırkı prezidenti Co Bayden müdrikləşdiyini və yaşı ilə bağlı zarafat edib.

 Azreform.info Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayden bu fikrini Nyu-Yorkda seçki kampaniyası üçün vəsait toplama tədbiri zamanı deyib.

“Əgər diqqət  və ya bir müddətdir müşahidə edirsinizsə, keçmişinizdən asılı olmayaraq, yaşla gələn-müdriklikdir. Üstəlik, bilirəm ki, mən 40-dan çox da yaşlı görünmürəm”, – prezident deyib.

Bununla da Bayden seçicilərin bir qisminin onunölkəyə rəhbərlik etmək üçün həddindən artıq yaşlı  hesab etdiyi ilə bağlı tənqidlərə cavab verib.

 Mürtəza
Azreform.info