Ukraynaya yeni hərbi yardımın tərkibi açıqlandı

28
Mar
2024
20:42

Almaniya  Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardımın təhvil veriləcəyini açıqlayıb.

Azreform.info ” xəbər verir ki, bu haqda Almaniya hökumətinin saytında məlumat verilib.

Belə ki, Almaniya Ukraynaya 18 min 155 mm-lik NATO mərmisi, 14 Vektor kəşfiyyat PUA-sı, 30 RQ-35 Heidrun pilotsuz təyyarəsi, həmçinin Leopard tankları üçün döyüş sursatları təhvil verəcək.

Ölkə eyni zamanda Kiyevə 2 min RGW 90 Matador qumbaraatanları, 180 İHA aşkarlama sistemi və infraqırmızı kameralar göndərəcək.